1. Qısa təsvir:
ISO/IEC 27033 Aparıcı Şəbəkə Təhlükəsizliyi Meneceri təlim kursu iştirakçılara ISO/IEC 27033 seriyalı standartlar əsasında şəbəkə təhlükəsizliyini həyata keçirmək və idarə etmək üçün istifadə olunan anlayışlar, prinsiplər, metodlar və dizayn texnikaları haqqında hərtərəfli anlayış əldə etməyə kömək edir.
Şəbəkə təhlükəsizliyi şəbəkə infrastrukturunun qorunması, məxfiliyi, bütövlüyü və əlçatanlığı təmin edir.
Bu təlim kursu şəbəkə təhlükəsizliyini səmərəli planlaşdırmaq, həyata keçirmək, idarə etmək, monitorinq etmək və saxlamaqda təşkilata dəstək olmaq üçün lazımi biliklərin inkişaf etdirilməsinə yönəldilmişdir. Təlim şəbəkə təhlükəsizliyi icmalı və konsepsiyaları, şəbəkə təhlükəsizliyinin dizaynı və həyata keçirilməsi üçün təlimatlar və təhlükəsizlik şlüzləri, VPN-lər və simsiz IP şəbəkə girişindən istifadə edərək şəbəkələr arasında rabitənin təmin edilməsi üçün istinad şəbəkə ssenariləri daxil olmaqla ISO/IEC 27033 seriyalı standartların strukturunun hərtərəfli işlənməsini təmin edir.
3. Auditoriya:
- Şəbəkə təhlükəsizliyini idarə etmək istəyən şəbəkə təhlükəsizliyi və informasiya təhlükəsizliyi mütəxəssisləri
- Şəbəkə təhlükəsizliyi təcrübələrini mənimsəmək istəyən menecerlər və ya məsləhətçilər
- Şəbəkə təhlükəsizliyinin memarlıq aspektlərinin planlaşdırılması və həyata keçirilməsində iştirak edən şəxslər
- Şəbəkə təhlükəsizliyi biliklərini artırmaq istəyən texniki ekspertlər
- Şəbəkə təhlükəsizliyi üzrə ekspert məsləhətçiləri
3. Məqsəd:
Kursun sonunda iştirakçılar aşağıdakı bilik və bavarıqları mənimsəyəcək:
- Şəbəkə təhlükəsizliyinin həyata keçirilməsi və effektiv idarə edilməsi konsepsiyaları, yanaşmaları, metodları və üsulları haqqında hərtərəfli anlayış;
- ISO/IEC 27033 seriyalı standartlar və digər standartlar və tənzimləyici çərçivələr arasında əlaqə;
- Təşkilatın xüsusi kontekstində ISO/IEC 27033 seriyalı standartların təlimatlarının şərh edilməsi;
- Şəbəkə təhlükəsizliyinin səmərəli planlaşdırılması, həyata keçirilməsi, idarə edilməsi, monitorinqi və saxlanmasında təşkilata dəstək olmaq üçün lazımi bilik və bacarıqlar;
- Təşkilata şəbəkə təhlükəsizliyinin idarə edilməsində məsləhət vermək üçün praktiki biliklər