ISO 50001 – Enerji İdarəetmə Sistemlərinin Sertifikatlaşdırılması


ISO 50001 fəaliyyət sahənizdə enerji sərfiyyatının təkmilləşdirilməsində və enerjidən daha səmərəli istifadədə sizə kömək edən bir idarəetmə sistemidir. Demək, bu standartın məqsədi enerji xərclərini azaltmaqla, eyni zamanda fəaliyyətin dayanıqlığını artırmaqdır.

ISO 50001 Enerji İdarəetmə standartına malik şirkətlər keyfiyyəti artırmağa və ətraf mühitə təsiri azaltmağa nail olmuşdur. İSO 50001 standartı məcburi olmasa da belə, dünyada fəaliyyət göstərən şirkətlər bu sertifikatı almaqla bir sıra bəhrə əldə edə bilərlər.

ISO 50001 sertifikatının sizin təşkilatınıza verəcəyi bəhrələr:


  • Karbon izləri”nin və atmosferə buraxılan istixana qazlarının azalması
  • Enerjidən səmərəli istifadə ilə bağlı icbari məqsədlərə nail olunması, yaxud müvafiq sahədə qanunvericiliyin tələblərinə riayət
  • Bəzi ölkələrdə dövlət işləri üzrə tenderlərdə iştirak etmək üçün məcburi tələb kimi bu sertifikatın mövcudluğu qoyulur
  • Enerji xərclərinin azalması
  • IŞirkətin müştəriləri və maraqlı tərəfləri qarşısında etimadın artması
  • Risklərin daha effektiv idarə olunması
  • Bütün işçi heyəti ilə birgə hərtərəfli qərar qəbulu prosesində köməklik etmək
  • Yeni yanaşmanın daha yaxşı idarə olunmasının təmin edilməsi
  • Yuxarı rəhbərliyin səmərəli idarəetmə prosesi ilə təmin edilməsi
  • Müştərilərin, tənzimləyici qurumların tələblərinə və ya digər tələblərə uyğunluğun nümayiş olunması
  • Təşkilat daxilində məsuliyyət bölgüsünün və sahələrinin müəyyən olunması
  • İşçi heyəti və müştərilərə müsbət ismarıclar göndərilməsi
  • Fasiləsiz qiymətləndirmə və təkmilləşdirmənin təmin olunması


ISO 50001-in müştərilərinizə bəhrəsi:


  • Dayanıqlıq
  • Enerji xərclərinin azalması
  • “Yaşıl” İstehsal
  • Daha az çirklənmiş, daha sağlam və daha təhlükəsiz ətraf mühit
  • Keyfiyyətli məhsul və xidmətlər
  • • Enerjidən səmərəli istifadə


ISO 50001 üzrə sertifikatlaşdırma (həmçinin “qeydiyyat” da adlanır) “PECB” kimi sertifikatlaşdırma qurumları tərəfindən həyata keçirilən üçüncü tərəf auditidir. Bu qurumlar təşkilatın ISO 50001 standartının tələblərinə uyğunluğunu yoxlayıb təsdiq etdikdən sonar ISO 50001 sertifikatı verəcəkdir. Bu sertifikat onun sahibi tərəfindən illik təyin olunan müntəzəm auditlər vasitəsilə yoxlanılmaqla saxlanılır və təşkilatın Keyfiyyət İdarəetmə Sistemi üç ildən bir yenidən sertifikatlaşdırılır.

ISO 50001 sertifikatının alınmasında sizə necə kömək edə biləcəyimizi öyrənmək üçün bizimlə əlaqə saxlayın.
Search